kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Abdulla Şaiq seçilmiş əsərləri üçüncü cild

Abdulla Şaiq seçilmiş əsərləri üçüncü cild

XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer
tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şairi və
dramaturqudur. Əsrin əvvəllərində də, ortalarında da pedaqoji intibahın gör-
kəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli
müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə olaraq yazıl-
mışdır. Şair ikən müəllim, müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə
də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şeri və
nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz
onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə
əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan
ən çox onun adı ilə bağlı olmuşdur.
A.Şaiqin “Seçilmiş əsərləri”nin bu cildinə tanınmış ədibin uşaqlar və
gənclər üçün yazdığı əsərləri – şeirləri, poemaları, hekayələri, təmsil və
pyesləri daxil edilmişdir.

Klassik ədəbiyyat
Format Size
PDF 1.0 MB Download